“Qarabağ”ın sabiq futbolçusu klubsuz QALDI

“Qarabağ”ın sabiq futbolçusu klubsuz QALDI

Hazırda oxunan: “Qarabağ”ın sabiq futbolçusu klubsuz QALDI

206922

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu özünə yeni komanda axtarır. 

Bizim.Media Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirmək niyyətindədir. 

Türkiyənin aşağı liqa təmsilçisi “Sakaryaspor”dan ayrılan Ndlovu hazırda azad agent status daşıyır.
 

O, xidmətini “Kayzer Çifs”ə təklif edib. Hücumçusu Eşli Du Preezi Portuqaliyaya yola salan Yohannesburq təmsilçisi də ön xətdə yaranan boşluğu məhz Ndlovu ilə doldurmağın əleyhinə deyil. Hazırda tərəflər arasında danışıqlar gedir.


Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin yayından 2017-ci ilin sonuna qədər ölkəmizdə “Qarabağ”ın formasını geyinib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO