"Dinamo"nun baş məşqçisi "Qarabağ"dan danışdı

"Dinamo"nun baş məşqçisi "Qarabağ"dan danışdı

Hazırda oxunan: "Dinamo"nun baş məşqçisi "Qarabağ"dan danışdı

206857

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo"nun (Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç Ağdam klubu ilə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında "Qarabağ"ın 3-cü təsnifat mərhələsində "Ludoqorets"i (Bolqarıstan) mübarizdən kənarlaşdırmasından (1:2, 7:2) danışıb və bu rəqibə qarşı çox ciddi hazırlaşacaqlarını bildirib:

"Transfermarkta baxarkən hər iki komandanın qiymətini görəndə düşünmək olardı ki, "Ludoqorets" favoritdir. Amma meydana çıxana və oyun başlayana qədər belə olur. "Ludoqorets"in oyunu öz əllərində idi. Ancaq öz səhvlərindən uduzdular. Mənim üçün “Qarabağ” əvvəldən daha yaxşı və mütəşəkkil komandadır. Onlar taktiki cəhətdən meydanda daha yaxşı, çox təhlükəli, sürətli və texnikalıdırlar. Şübhəsiz ki, rəqibi mümkün qədər yaxşı analiz etməyə çalışırıq. Hər iki oyuna düzgün və ciddi hazırlaşmalıyıq. Hər bir detal çox vacib olacaq. Ümid edirəm ki, azarkeş izdihamının köməyi ilə ilk oyunda üstünlük qazanacağıq".

Xatırladaq ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk oyun avqustun 20-si Zaqrebdə, cavab matçı avqustun 28-si Bakıda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO