AFFA “Neftçi”nin futbolçusunu CƏZALANDIRDI

AFFA “Neftçi”nin futbolçusunu CƏZALANDIRDI

Hazırda oxunan: AFFA “Neftçi”nin futbolçusunu CƏZALANDIRDI

206824

AFFA "Neftçi"nin futbolçusu Ervin Koffini cəzalandırıb. 

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.  

Belə ki, Misli Premyer Liqasının 2-ci turunun “Səbail” – “Neftçi” oyunu (1:1) bitdikdən sonra Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb. “Neftçi” isə futbolçusunun bu hərəkətinə görə 2000 manat cərimələnib. 

Qeyd edək ki, sözügedən matçdan sonra azarkeşlər etiraz ediblər və iğtişaş yaradıblar. Ervin Koffi isə fanatlara butulka atıb. Daha sonra “Neftçi” Futbol Mərkəzində “Forza Neftçi” azarkeş qrupunun fəal üzvləri, "Neftçi" klubunun nümayəndələri – Baş icraçı direktor Cenk Sümer, Media üzrə koordinator Rüstəm Əfsərli və futbolçu Ervin Koffinin iştirakı ilə görüş keçirilib. Görüşdə “Səbail”lə son qarşılaşmadan sonra baş verənlər müzakirə edilib. 

Ervin Koffi oyundan sonra azarkeşlərlə arasında keçən xoşagəlməz insidentə görə təəssüfləndiyini bildirib, oyundan sonra yorğunluq və nəticədən irəli gələn stressin gətirdiyi emosiyalarla hərəkət etdiyini, heç bir halda azarkeşlərə hörmətsizlik etmək fikrində olmadığını dilə gətirərək üzr istəyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO