“Yuventus” bu futbolçu ilə yollarını ayırır

“Yuventus” bu futbolçu ilə yollarını ayırır

Hazırda oxunan: “Yuventus” bu futbolçu ilə yollarını ayırır

206693

"Yuventus" qapıçı Voyçex Şesninin gələcəyi ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, Turin təmsilçisi polşalı qapıçı ilə yollarını ayıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı qolkiper ilə klub arasında gələn ilin yayında başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı anlaşma əldə olunub.

Qeyd edək ki, "Yuventus" Voyçex Şesnini 2017-ci ilin iyul ayında "Arsenal"dan transfer edib. Polşa millisinin üzvü ötən mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda qapısında 35 qol görüb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO