“Neftçi Arena” təmirə bağlandı – Klub oyunlarını bu stadionda KEÇİRƏCƏK

“Neftçi Arena” təmirə bağlandı – Klub oyunlarını bu stadionda KEÇİRƏCƏK

Hazırda oxunan: “Neftçi Arena” təmirə bağlandı – Klub oyunlarını bu stadionda KEÇİRƏCƏK

206650

"Neftçi"nin ev oyunlarını keçirdiyi "Neftçi Arena" müvəqqəti olaraq təmirə bağlanır.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bir müddət öncə renovasiya işlərinə start verilmiş meydanın son durumu yenidən araşdırılıb və məlum olub ki, arenanın ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. Ötən mövsümün sonunda stadionun qazonunun dəyişdirilməsinə qərar verilmişdi. Bu istiqamətdə aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılmışdı. Ancaq iyun-iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən ot örtüyünün keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yarandı.

Mövcud vəziyyəti, "Neftçi"nin topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubunu, futbolçuların zədə riskini nəzərə alan klub rəhbərliyi "Neftçi Arena"nın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib. Bununla əlaqədar klub tərəfindın Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”la keçirəcəyi ev oyununa kimi tamamlanması nəzərdə tutulub.

Bu səbəbdən tərəflərin razılığına əsasən, “Neftçi” ölkə çempionatının 3-cü turunda, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da təşkil olunacaq. Digər razılaşmaya görə, Peşəkar Futbol Liqasının təsdiqi əsasında “Şamaxı” ilə ev oyunlarının yeri dəyişdirilib. 5-ci turda keçirilməsi nəzərdə turulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq. İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO