“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşdü

“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşdü

Hazırda oxunan: “Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşdü

206627

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə məğlub olan Bolqarıstanın “Ludoqorets” klubu antirekorda imza atıb.

Bizim.Media xəbər verir ki, indiyədək avrokuboklarda Bolqarıstanı təmsil edən heç bir kollektiv avrokuboklarda doğma meydanda qapısından 7 top buraxmayıb.

Buna qədər ən zəif göstərici 1977-ci ildə Kuboklar Kubokunda "Anderlext"ə (Belçika) 1:6 hesabı ilə uduzan "Lokomotiv"ə (Sofiya) məxsus olub.

Bundan başqa, Sofiya “Slaviya”sı 1988-ci ildə Serbiya “Partizan”ına, "Liteks" isə 1998-ci ildə Rusiyanın "Spartak" (Moskva) klubuna 0:5 hesabı ilə yenilib. Hər iki görüş UEFA Kubokuna təsadüf edib.

“Ludoqorets”in avrokuboklardakı ən böyükhesablı məğlubiyyəti isə ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində qeydə alınıb. Razqrad təmsilçisi Danimarkada “Norşellan”a 1:7 hesabı ilə uduzub. Klub, həmçinin 2016-cı ildə Çempionlar Liqasında, 2019-cu ildə isə Avropa Liqasında, müvafiq olaraq, "Arsenal" (İngiltərə) və "Espanyol"la (İspaniya) matçlarda 6 cavabsız top buraxıb.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets” klubunu iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. “Köhlən atlar” bu raunnda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO