UEFA reytinqi: “Qarabağ” xal ehtiyatımızı artırdı

UEFA reytinqi: “Qarabağ” xal ehtiyatımızı artırdı

Hazırda oxunan: UEFA reytinqi: “Qarabağ” xal ehtiyatımızı artırdı

206576

Dünən avrokuboklarda 3-cü təsnifat mərhələsinin bir neçə cavab oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, baş tutan matçların ardından UEFA reytinqində müəyyən dəyişikliklər olub.

Bolqarıstanda “Ludoqorets”i darmadağın edən “Qarabağ” Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb. Ancaq bu, geriləməyimizə mane olmayıb. Son 5 ildə 18,750 xal toplayan Azərbaycan UEFA reytinqində 25-ci sıraya düşüb. İsveç iki klubunun reytinq xalı qazanması sayəsində 24-cü sıraya yüksəlib.

Hazırda isveçlilərlə eyni əmsala malikik. Sadəcə, cari mövsümdə İsveç 3,000, Azərbaycan isə 2,000 xal topladığı üçün, onlardan geri qalırıq. 23-cü sıradakı Slovakiyadan isə cəmi 0,125 xal geridəyik. Keçirilən oyunların nəticəsində Kipr və Estoniyanın irəliləməsi, Bolqarıstan və Albaniyanın isə geriləməsi müşahidə olunub.

Qeyd edək ki, UEFA reytinqinə 89,160 əmsalla İngiltərə başçılıq edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO