Təsnifat mərhələsinin ən çox qol vuran oyunçusu Juninyodur

Təsnifat mərhələsinin ən çox qol vuran oyunçusu Juninyodur

Hazırda oxunan: Təsnifat mərhələsinin ən çox qol vuran oyunçusu Juninyodur

206572

“Qarabağ”ın futbolçusu Olavio Juninyo Çempionlar Liqasının təsnifat mərhələsində 6-cı qolunu vurub.

Bizim.Media xəbər verir ki, braziliyalı hücumçu dünən “Ludoqorets”ə (Bolqarıstan) qarşı keçirilən Çempionlar Liqasının üçüncü raundunun cavab matçında (7:2) bir dəfə fərqlənə bilib.

Bununla da o, ÇL-in təsnifat mərhələsinin bombardirləri siyahısında liderliyi ələ alıb.

Juninyo 6 qolu 4 oyunda vurub.

Bombardirlər siyahısında ikinci yeri “Klaksvik”dən (Farer adaları) Arni Frederiksberq (5 qol) tutur. Üçüncü-dördüncü yeri hərəyə 4 qolla “Fənərbaxça”dan (Türkiyə) Edin Ceko və FKSB-dən (Rumıniya) Darius Olaru bölüşdürür.

TOP-5-i isə “Qarabağ”ın digər oyunçusu Yassin Benzia qapayır. Onun aktivində 3 qol var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO