Pensiyalar artımla verilir? - VİDEO

Pensiyalar artımla verilir? - VİDEO

Hazırda oxunan: Pensiyalar artımla verilir? - VİDEO

206541

Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların verilməsinə başlanıb, proses sabah tam yekunlaşacaq. Yaxın günlərdə respublikanın digər bölgələri üzrə, həmçinin güzəştli şərtlərlə pensiya alanların da pensiyası ödəniləcək.

 

Sfera.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov deyib.

 

Onun sözlərinə görə, yanvar ayı üzrə pensiyalar artımla ödənilib, məhz bu səbəbdən də ənənəvi vaxtdan bir neçə gün gecikib.

 

Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyin olunmuş, qulluq stajina görə əlavələr alan pensiyaçılara da ötən il hər ay pensiyalarının 10 faizi qədər ödənilmiş maddi yardım bu ayın əvvəlindən onların pensiyasına əlavə edilib.

 

Gözlənilən artımların nə vaxtdan ödəniləcəyi ilə bağlı əlavə məlumat veriləcək.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO