Səfirlərdən “Qarabağ”a dəstək

Səfirlərdən “Qarabağ”a dəstək

Hazırda oxunan: Səfirlərdən “Qarabağ”a dəstək

206513

"Qarabağ"ın prezidenti Tahir Gözel Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov və onun xanımı, ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Ludoqorets”lə qarşılaşacaq "Qarabağ"ın Bolqarıstana səfəri çərçivəsində keçirilib.

Tahir Gözel göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva "Qarabağ"a uğurlar arzulayıb. 

Qeyd edək ki, səfirlər bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Ludoqorets” – “Qarabağ” oyununu stadionda canlı izləyəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO