Kapitan "Barselona"nı göz yaşları ilə tərk etdi

Kapitan "Barselona"nı göz yaşları ilə tərk etdi

Hazırda oxunan: Kapitan "Barselona"nı göz yaşları ilə tərk etdi

206501

"Barselona" komandadan ayrılan Serji Roberto üçün vida mərarimi təşkil edib.

Bizim.Media xəbər verir ki, komanda yoldaşları ilə vidalaşan ispaniyalı yarımmüdafiəçi göz yaşlarını saxlaya bilməyib.

Avqustun 11-də klub 32 yaşlı futbolçu ilə yeni müqavilə imzalanmayacağını açıqlamışdı. Vida mərasimdə komandanın keçmiş futbolçuları Karles Puyol, Xavi, Jerar Pike və Xuan Karlos Unzue də iştirak edib.

S.Roberto mərasimdə çıxış edərək bildirib:
 

“Meydanda vidalaşmaq istərdim, amma dəstəyinizə və məni olduğum oyunçuya çevirən tələblərə görə həmişə sizə minnətdar olacağam. Klubu ürəyimdə saxlayacağam. Burada 25 titul qazanacağım və 373 oyun keçirəcəyim kimin ağlına gətirə bilərdi? "Barsa" həmişə həyatımın klubu olacaq. Əminəm ki, yollarımız yenidən kəsişəcək”. 


Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Serji Roberto 2011-ci ildən əsas komandada çıxış edirdi. O, komanda ilə 7 qat İspaniya çempionu, 6 dəfə ölkə kubokunun, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub. Roberto ötən il Serxio Busketsin komandadan ayrılmasından sonra əsas kapitan idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO