“Qarabağ”ın bugünkü oyunda şansı böyükdür. Çünki təmsilçimiz təcrübəsinə görə Bolqarıstan klubundan üstündür.
Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Arif Əsədov Ağdam klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Ludaqorets”lə keçirəcəyi oyun barədə danışarkən deyib.
Onun fikrincə, “Qarabağ”ın ilk görüşdəki məğlubiyyətini qabartmağa ehtiyac yoxdur:
“Qarabağ” bu cür situasiyalar ilə rastlaşıb. İlk görüşdən əvvəl azarkeşlərdə, futbol ictimaiyyətində arxayınlıq var idi. Lakin futbolçularda belə hiss yox idi. Sadəcə, həmin matçda epizodlarımız qolla nəticələnmədi. Gərginlik yaratmaq lazım deyil. Rəqib hesabda öndə olduğu üçün müdafiədə oynaya bilər. Bəlkə də bu, komandamıza problem yaradacaq. Düşünürəm ki, erkən qol vursaq, uğurlu nəticə əldə edəcəyik”.
Əlli dörd yaşlı mütəxəssis bildirib ki, “Qarabağ” mərhələni keçə bilməsə, bunu fiasko adlandırmaq olmaz: “Bu, futboldur və istənilən nəticə ola bilər. Mərhələni adlamasaq, faciə adlandırmaq olmaz. Çünki bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Yəni avrokubok mövsümü “Qarabağ” üçün davam edəcək”.
Qeyd edək ki, “Ludoqorets Arena”da keçiriləcək “Ludoqorets” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Komandalar arasında ilk oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:52 / 13.08.2024
Arif Əsədov “Qarabağ”ın bugünkü oyunu HAQDA: "Şansı böyükdür"
Hazırda oxunan: Arif Əsədov “Qarabağ”ın bugünkü oyunu HAQDA: "Şansı böyükdür"
Hazırda oxunan: Arif Əsədov “Qarabağ”ın bugünkü oyunu HAQDA: "Şansı böyükdür"
206468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.