Olimpiada medalçılarımız bu qədər qazandılar - SİYAHI

Olimpiada medalçılarımız bu qədər qazandılar - SİYAHI

Hazırda oxunan: Olimpiada medalçılarımız bu qədər qazandılar - SİYAHI

206466

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançıları mükafatlandırıb. 

Dövlət başçısının Sərəncamına görə, Olimpiadada birinci yeri tutan idmançılar 400 min manat, ikinci yeri tutan idmançılar 200 min manat, üçüncü yeri tutan idmançılar isə 100 min manat mükafat alacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Olimpiya medalçılarını MÜKAFATLANDIRDI


Bundan başqa, Milli Olimpiya Komitəsi də uğur qazanan idmançılara mükafat ayırıb. Belə ki, qızıl medalçılar 200 min, gümüş medalçılar 100 min, bürünc medalçılar isə 50 min manat əldə edəcək. 

Bizim.Media “qafqazinfo.az”a istinadən idmançıların ümumilikdə əldə etdikləri mükafatın məbləğini təqdim edir: 

Cüdoçu Hidayət Heydərov – 400 min manat + 200 min manat (ümumi 600 min manat) 



Cüdoçu Zelim Kotsoyev - 400 min manat + 200 min manat (ümumi 600 min manat)
 


Taekvondoçu Qaşım Maqomedov – 200 min manat + 100 min manat (ümumi 300 min manat) 



Boksçu Alfonso Domingez - 200 min manat + 100 min manat (ümumi 300 min manat) 



Güləşçi Həsrət Cəfərov – 100 min manat + 50 min manat (ümumi 150 min manat) 



Güləşçi Maqomedxan Maqomedov - 100 min manat + 50 min manat (ümumi 150 min manat) 



Güləşçi Giorgi Meşvildişvili - 100 min manat + 50 min manat (ümumi 150 min manat) 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO