Hidayətlə Zelimin hər birinə 600 min manat mükafat verildi

Hidayətlə Zelimin hər birinə 600 min manat mükafat verildi

Hazırda oxunan: Hidayətlə Zelimin hər birinə 600 min manat mükafat verildi

206462

Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mükafat qazanan idmançılarımız mükafatlandırılıb.

Bizim.Media xəbər verir ki, pul mükafatı verilən idmançılar arasında ən yüksək məbləğ Olimpiya çempionlarına düşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Olimpiya medalçılarını MÜKAFATLANDIRDI


Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Olimpiya çempionu olan Hidayət Heydərov və Zelim Kotsoyevin hər birinə 400 min manat mükafat verilib. Əlavə olaraq onların hər birinə Milli Olimpiya Komitəsi tərəfindən 200 min manat verilib. 

Beləliklə, hər bir Olimpiya çempionu 600 min manat qazanmış olub.

Onların məşqçiləri də müvafiq olaraq 200 min və 100 min manat - ümumilikdə 300 min mükafata sahib çıxıblar.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov və 100 kq çəkidə Zelim Kotsoyev qızıl medallara sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO