Erməni futbolçu Bakıya GƏLMƏYƏCƏK

Erməni futbolçu Bakıya GƏLMƏYƏCƏK

Hazırda oxunan: Erməni futbolçu Bakıya GƏLMƏYƏCƏK

206414

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə”nin qonağı olacaq “Osiyek” daha bir futbolçusunu Bakıya gətirməyəcək. 

Bizim.Media Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bunu baş məşqçi Federiko Koppitelli açıqlayıb. 

O bildirib ki, ermənistanlı mərkəz müdafiəçisi Styopa Mkrtçyan Osiyekdə qalacaq. Buna səbəb isə siyasi məsələ göstərilib. 

“Styopa Azərbaycanda özünü rahat hiss etməzdi. Ona görə də futbolçumuzu belə vəziyyətə salmaq istəmədik. Styopa olmadan da Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq”, – deyə çalışdırıcı söyləyib.

Qeyd edək ki, “Zirə” – “Osiyek” oyunu avqustun 15-də “Liv Bona Dea Arena”da keçiriləcək. Xorvatiyadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO