“Paris-2024”ün ən reytinqli hakimi azərbaycanlı oldu

“Paris-2024”ün ən reytinqli hakimi azərbaycanlı oldu

Hazırda oxunan: “Paris-2024”ün ən reytinqli hakimi azərbaycanlı oldu

206305

Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev “Paris-2024” Yay Olimpiya Oyunlarında fərqlənib. 

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, həmyerlimiz döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib.  

O, referilərin reytinqində birinci olub və dördilliyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif edilib. 

Qeyd edək ki, E.Qurbanəliyev Olimpiadada müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub. 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO