Argentina millisinin futbolçusu 100 milyon avro maaşdan imtina etdi

Argentina millisinin futbolçusu 100 milyon avro maaşdan imtina etdi

Hazırda oxunan: Argentina millisinin futbolçusu 100 milyon avro maaşdan imtina etdi

206251

Argentina millisinin və İtaliyanın “Roma” komandasının futbolçusu Paulo Dibala Səudiyyə Ərəbistanından gələn təklifdən imtina edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin “Əl-Kadisiya” klubu 31 yaşlı yarımmüdafiəçini transfer etmək istəsə də, qarşı tərəfdən müsbət cavab almayıb. Oyunçu titullar qazanmaq niyyətində olduğu üçün “canavarlar”da qalmağı üstün tutub.

İddiaya görə, “Əl-Kadisiya” P. Dibalaya 4 ili üçün ümumilikdə 100 milyon avro maaş verməyi təklif edib.

Qeyd edək ki, Paulo Dibalanın “Roma” komandası ilə müqaviləsi gələn ilin yayında başa çatır. “Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO