Olimpiya çempionu əlcəzairli boksçudan açıqlama: “Mən qadınam” - VİDEO

Olimpiya çempionu əlcəzairli boksçudan açıqlama: “Mən qadınam” - VİDEO

Hazırda oxunan: Olimpiya çempionu əlcəzairli boksçudan açıqlama: “Mən qadınam” - VİDEO

206242

Paris-2024 Olimpiya oyunlarında 66 kq çəki dərəcəsinin qızıl mükafatçısı olan Əlcəzairli boksçu İman Xelifi haqqında yazılan tənqidlərə münasibət bildirib. 

Bizim.Media “CNN”-ə istinadən xəbər verir ki, bu barədə idmançı jurnalistlərə açıqlamasında deyib. 

O, haqqında çıxan iddiaları əsassız adlandırıb. 

“Mən qadınam. Qadın olaraq doğulmuşam. Qadın olaraq böyümüşəm. Qadın kimi yaşamışam. Buna heç bir şübhə yoxdur”, - Əlcəzairli boksçu bildirib. 

İ.Xelifi əlavə edib ki, bu nifrət hücumları onun zəfərinin həzzini artırıb:
 

“Onlar uğurun düşmənləridirlər. Mən bütün hücumlara rəğmən qələbə qazandım. Əlbəttə, bu sadəcə uğurumun həzzini artırdı”. 


Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karinin rəqibi İman Xelifi ilə döyüşməkdən imtina etmiş, buna səbəb kimi idmançını transgender olduğunu bildirmişdi. Nəticədə İmane Xelifi sosial şəbəkələrdə tənqidlərə məruz qalmış, “Qadınlarla döyüşən kişi” adlandırılmışdı. Beynəlxalq Olimpiya Komistəsindən verilən açıqlamada isə onun qadın olduğu təsdiqlənmişdi. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO