Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimi başlayıb - VİDEO

Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimi başlayıb - VİDEO

Hazırda oxunan: Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimi başlayıb - VİDEO

206208

Fransanın paytaxtı Paris şəhərində XXXII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, "Stad de Frans" stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Bağlanış mərasimində ölkələrin paradı olacaq. Parad zamanı Azərbaycan bayrağını olimpiadanın gümüş mükafatçısı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandıracaqlar.

Qeyd edək ki, Azərbaycan idmançıları "Paris-2024" Yay Olimpiya Oyunlarında 7 medal qazanıblar. Ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Azərbaycan Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO