“Vest Hem” Fransa millisinin üzvünü transfer etdi

“Vest Hem” Fransa millisinin üzvünü transfer etdi

Hazırda oxunan: “Vest Hem” Fransa millisinin üzvünü transfer etdi

206185

İngiltərənin "Vest Hem" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nitsa"dan Jan-Kler Todibonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Vest Hem"də keçirəcək.

Londonlular 40 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Nitsa" Jan-Kler Todibonu 2021-ci ilin yayında "Barselona"dan transfer edib. Fransa millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO