Rüfət Dadaşov yeni klubunda ilk qolunu vurdu

Rüfət Dadaşov yeni klubunda ilk qolunu vurdu

Hazırda oxunan: Rüfət Dadaşov yeni klubunda ilk qolunu vurdu

206170

Almaniyada Şimal-Şərq Regional Liqasında 3-cü turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) “Moyzelvits” üzərində qələbə qazanıb (4:0).

Dadaşov oyuna start heyətində çıxıb və sona qədər oynayıb. 83-cü dəqiqədə o, komandasının dördüncü qolunu vurub.

Hazırda “Dinamo” dörd xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Bu, berlinlilərin yeni çempionat mövsümündə ilk qələbəsidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO