Bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarına yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov bürünc medal görüşünə çıxıb.
97 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda qarşılaşmada Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.
Rəqibinə 10:0 hesabı ilə qalib gələn güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bununla da Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) bürünc medala sahib çıxıblar.
Bizim.Media