Üçqat dünya çempionu olan üzgüçü Leoni Bek Parisdə 2024-cü il Olimpiadasında Sena çayında üzdükdən sonra özünü pis hiss etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Sport Express yazıb.
“Dünən doqquz dəfə qusdum. Üstəlik ishal oldu. Senadakı suyun keyfiyyəti təsdiqlənib”, – Bek sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, cümə axşamı qadınlar arasında 10 km məsafədə açıq su yarışları keçirilib. Hollandiyalı üzgüçü Şaron van Rovendaal qızıl medal qazanıb. İkinci yerdə avstraliyalı Moeşa Conson, üçüncü yerdə italiyalı Cinevra Taddeuççi olub. Bek isə doqquzuncu yerə çıxıb.
Xatırladaq ki, əvvəllər Senada üzgüçülük məşqləri suda enterokok infeksiyasının icazə verilən həddi aşdığı üçün təxirə salınmışdı.
Bizim.Media