İngiltərənin “Tottenhem” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, London klubu “Bornmut”dan Dominik Solankeni transfer edib.
“Tottenhem” ingiltərəli hücumçu üçün 64,3 milyon avro təzminat ödəyib. 26 yaşlı forvard paytaxt təmsilçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
“Bornmut” Dominik Solankeni 2019-cu ilin yanvar ayında “Liverpul”dan transfer etmişdi. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:59 / 10.08.2024
“Tottenhem”dən 64 milyonluq transfer
Hazırda oxunan: “Tottenhem”dən 64 milyonluq transfer
Hazırda oxunan: “Tottenhem”dən 64 milyonluq transfer
206076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.