“Beşiktaş” futbolçusunu icarəyə verdi

“Beşiktaş” futbolçusunu icarəyə verdi

Hazırda oxunan: “Beşiktaş” futbolçusunu icarəyə verdi

206057

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Amir Hadziahmetoviçi icarəyə verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi bosniyalı yarımmüdafiəçini "Rizespor"a göndərib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Rizespor"un heyətində keçirəcək.

Qeyd edək ki, "Beşiktaş" Amir Hadziahmetoviçi 2023-cü ilin fevral ayında "Konyaspor"dan transfer edib. Bosniya və Herseqovina millisinin üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO