Paris-2024: Azərbaycan millisi final mərhələsində mübarizəyə başladı

Paris-2024: Azərbaycan millisi final mərhələsində mübarizəyə başladı

Hazırda oxunan: Paris-2024: Azərbaycan millisi final mərhələsində mübarizəyə başladı

206019

Paris-2024 Yay Olimpiya Oyunlarının bədii gimnastika yarışlarında son medal dəsti uğrunda mübarizə başlayıb.

Bizim.Media İdman.biz-ə istinadən xəbər verir ki, qrup hərəkətləri üzrə komandalar final mərhələsinə start veriblər.
 

İlk çıxışda yığmalar 5 halqa ilə bacarığını göstərir. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi xalçaya 2-ci çıxıb.


Yığmamızın çıxışı 34,850 xalla qiymətləndirilib. Millimiz iki komanda arasında 2-cidir. Mükafatlar uğrunda 8 komanda mübarizə aparır.

Qeyd edək ki, yığmamız təsnifat mərhələsində 8-ci olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO