Premyer Liqa: Bu gün daha iki oyun keçiriləcək

Premyer Liqa: Bu gün daha iki oyun keçiriləcək

Hazırda oxunan: Premyer Liqa: Bu gün daha iki oyun keçiriləcək

205966

Azərbaycan Premyer Liqasının II turunda bu gün daha iki oyun keçiriləcək.

Bizim.Media xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Şamaxını qəbul edəcək.

Saat 18:45-də başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.

Günün son matçı "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları arasında oynanılacaq. Saat 20:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.

İlk turda "Araz-Naxçıvan" "Qarabağa" 1:4 hesabı ilə məğlub olmuşdu. "Şamaxı" - "Sabah" matçında 2:2 bərabərlik qeydə alınmışdı. "Səbail" 1:4 hesabı ilə "Zirə"yə yenilmişdisə, "Neftçi" - "Turan Tovuz" görüşündə qol vurulmamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO