Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədədir

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədədir

Hazırda oxunan: Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədədir

205961

Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Bizim.Media xəbər verir ki, idmançılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal qazanıblar.

Siyahıya isə 111 medalla ABŞ başçılıq edir. Amerikalı idmançılar Parisə 33 qızıl, 39 gümüş və 39 bürünc medal qazanıblar.

Qeyd edək ki, cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO