Alfonso Dominqes: “Növbəti olimpiadada qızıl medal qazanacağıma söz verirəm”

Alfonso Dominqes: “Növbəti olimpiadada qızıl medal qazanacağıma söz verirəm”

Hazırda oxunan: Alfonso Dominqes: “Növbəti olimpiadada qızıl medal qazanacağıma söz verirəm”

205957

"Döyüş istədiyim kimi alınmadı. Mənim günüm deyildi. Ona görə qızıl medal qazana bilmədim".

Bizim.Media xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes döyüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb - VİDEO


92 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı rəqibinin çox güclü olduğunu bildirib: "Döyüşdən əvvəl onu analiz etmiş, öz taktikamı qurmuşdum. Amma alınmadı. Rəqib döyüşə daha yaxşı köklənmişdi".

Boksçu yarımfinal və final döyüşləri arasındakı fasilənin onun çıxışına təsir etmədiyini söyləyib:

"Bu, mənim üçün bəhanə ola bilməz. Çünki belə idmançı deyiləm. Düşünürəm ki, gümüş medal qazanmaqla tarix yazdım. Amma medalın əyarından razı deyiləm. Söz verirəm ki, növbəti olimpiadada qızıl medal qazanacağam. Hamı qalib gəlmək istəyir. Amma hər şey Tanrının əlindədir. Bu gün qismətimdə gümüş medal var idi, onu da əldə etdim. Məğlubiyyətə baxmayaraq, bu gecə yatmazdan əvvəl Tanrıya dua edəcəyəm ki, məni medalsız qoymadı".

Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominqes ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb. Finalda özbəkistanlı Lazizbek Mullojonova uduzan boksçu gümüş medalla kifayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO