Paris-2024: İdmançılarımızın bugünkü çıxış cədvəli və saatları - FOTO

Paris-2024: İdmançılarımızın bugünkü çıxış cədvəli və saatları - FOTO

Hazırda oxunan: Paris-2024: İdmançılarımızın bugünkü çıxış cədvəli və saatları - FOTO

205952

Bu gün Azərbaycanın son iki idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Eyni zamanda, bədii gimanstika komandamız final mərhələsində, bir güləşçimiz isə bürünc medal uğrunda yarışacaq.

Bizim.Media idmançılarımızın bugünkü çıxış cədvəli və saatlarını təqdim edir:

Sərbəst güləş:

1/8 final, 65 kiloqram: Hacı Əliyev - Ostin Qomes (Meksika) - saat 13.00;

1/8 final, 97 kiloqram: Maqomedxan Maqomedov - Luis Miqel Peres (Dominikan Respublikası) - saat 13.00.

Bürünc medal uğrunda görüş, 125 kiloqram - Giorgi Meşvildişvili - saat 21.50.

Bədii gimnastika:

Final mərhələsi, qrup hərəkətləri üzrə komanda - saat 16.00

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO