“Barselona” Olmonun transferini açıqladı

“Barselona” Olmonun transferini açıqladı

Hazırda oxunan: “Barselona” Olmonun transferini açıqladı

205906

İspaniyanın "Barselona" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi "Leypziq"dən Dani Olmonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan hücumameyilli yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb. "Barselona" 26 yaşlı oyunçu üçün Almaniya klubuna 55+7 milyon avro təzminat ödəyəcək

Qeyd edək ki, Dani Olmo "Barselona"nın yetirməsidir. İspaniya millisi ilə son Avropa çempionatının qalibi olmuş futbolçu 2020-2024-cü illər arasından "Leypziq"də çıxış edib. O, Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 148 rəsmi matçda 29 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO