Parisdə azərbaycanlıya məğlub olan misirli güləşçi saxlanıldı

Parisdə azərbaycanlıya məğlub olan misirli güləşçi saxlanıldı

Hazırda oxunan: Parisdə azərbaycanlıya məğlub olan misirli güləşçi saxlanıldı

205869

Fransa polisi Misirli olimpiya güləşçisi Mohamed Elsayedi saxlayıb. O, cinsi qısnamada şübhəli bilinir. 

Bizim.Media xarici KİV-ə istinadla bildirir ki, idmançı Paris küçələrində sərxoş vəziyyətdə saxlanılıb. Polisə ərizə yazan zərərçəkənin sözlərinə görə, güləşçi barlardan birinin yaxınlığında əllərini onun göbəyinə qoyub. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 

Elsayed 67 kiloqrama qədər çəki dərəcəsində 2020-ci il Tokio Oyunlarının bürünc mükafatçısıdır.

Hazırki yarışda o, 1/8 final mərhələsində azərbaycanlı Həsrət Cəfərova məğlub olaraq, mübarizəni dayandırıb. 

Olimpiada avqustun 11-də başa çatacaq. Rusiya idmançıları neytral statusda yarışırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO