Paris-2024: Bədii gimnastlarımız finalda - VİDEO

Paris-2024: Bədii gimnastlarımız finalda - VİDEO

Hazırda oxunan: Paris-2024: Bədii gimnastlarımız finalda - VİDEO

205858

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb. 

Bizim.Media xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub. 

Milli ümumi 62.000 xal toplayıb. Yığma halqalarla hərəkətdə 33.850, üç lent və iki topla isə 28.150 xala layiq görülüb. Final sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO