Mehriban Əliyeva Həsrət Cəfərovu TƏBRİK ETDİ – FOTO

Mehriban Əliyeva Həsrət Cəfərovu TƏBRİK ETDİ – FOTO

Hazırda oxunan: Mehriban Əliyeva Həsrət Cəfərovu TƏBRİK ETDİ – FOTO

205787

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkə hesabında paylaşım edib.

"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!", – o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu məğlub edərək olimpiadanın üçüncüsü olub.




Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO