Mikayıl Cabbarov Həsrət Cəfərovu təbrik etdi - FOTO

Mikayıl Cabbarov Həsrət Cəfərovu təbrik etdi - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Həsrət Cəfərovu təbrik etdi - FOTO

205777

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycanın ilk medalını qazanmış Həsrət Cəfərovu təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın başçısı "X" sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Həsrət Cəfərov bürünc medal qazandı - FOTO/VİDEO


"Bu gün Olimpiya Oyunlarında güləşdə ilk medalımızı qazandıq. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik. Digər güləşçilərimizə də bizə qələbə sevinci bəxş etmələrini arzulayırıq", - o qeyd edib.


Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO