Konfrans Liqası: “Zirə” və “Sabah” bu gün növbəti oyunlarına çıxır

Konfrans Liqası: “Zirə” və “Sabah” bu gün növbəti oyunlarına çıxır

Hazırda oxunan: Konfrans Liqası: “Zirə” və “Sabah” bu gün növbəti oyunlarına çıxır

205627

“Zirə” və “Sabah” bu gün Avropa Konfrans Liqasında növbəti sınaqlarına çıxacaqlar.

Bizim.Media xəbər verir ki, komandalarımız 3-cü təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

“Zirə” Xorvatiyada yerli “Osiyek”lə qarşılaşacaq. Bu matçı yunanıstanlı Aristotelis Diamantopulos idarə edəcək. “Sabah” isə İrlandiyada “Sent-Patriks Atletik”in qonağı olacaq. Bu qarşılaşmanı islandiyalı Vilhyalmur Torarinsson idarə edəcək.

Hər iki komandamız cavab oyununu bir həftə sonra doğma meydanda keçirəcək. Mərhələnin taleyini məhz cavab görüşlərində həll etmək üçün komandalarımız səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaqlar.

Bu raundun cavab oyunları avqustun 15-də gerçəkləşəcək.

Avropa Konfrans Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

8 avqust

22:00. “Osiyek” (Xorvatiya) – “Zirə”, Osiyek. “Opus Arena”.

22:45. “Sent Patriks Atletik” (İrlandiya) – “Sabah”, Dublin. “Tallayt” stadionu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO