Rəşad Sadıqov: “Sabah vacib görüşə çıxacağıq”

Rəşad Sadıqov: “Sabah vacib görüşə çıxacağıq”

Hazırda oxunan: Rəşad Sadıqov: “Sabah vacib görüşə çıxacağıq”

205592

Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq.

Bizim.Media xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə (Xorvatiya) ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis sabah vacib görüşə çıxacaqlarını bildirib:

"Sabah bizi vacib oyun gözləyir. Rəqib komanda doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Biz də əlimizdən gələni edəcəyik ki, Bakıya bizə sərf edən hesabla geri qayıdaq. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. "Osiyek" maraqlı və baxımlı futbol nümayiş etdirir. Onların böyük azarkeş ordusu var. Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO