İspaniya millisinin yarımmüdafiəçisi Rodri və hücumçusu Alvaro Morata bir oyunluq diskvalifikasiya edilib.
Bizim.Media UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb futbolçuların Cəbəllütariqin dövlətçiliyinə qarşı etdikləri hörmətsizlik olub.
UEFA-nın Etika Komissiyası bu hadisəni idmana yaraşmayan hərəkət və futbolun gözdən salınması kimi qiymətləndirib, baş verənləri əsas davranış qaydalarının pozulması hesab edib.
AÇ-2024-ün qalibi adını qazanan İspaniya millisinin üzvləri finaldan sonra qələbəni qeyd edən zaman azarkeşlərlə birlikdə Cəbəllütariqin dövlətçiliyinə qarşı uyğun olmayan mahnı oxuyublar.
Qeyd edək ki, AÇ-2024-ün finalında İspaniya millisi İngiltərə komandasını 2:1 hesabı ilə məğub edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:10 / 07.08.2024
UEFA İspaniya millisinin üzvlərini cəzalandırdı
Hazırda oxunan: UEFA İspaniya millisinin üzvlərini cəzalandırdı
Hazırda oxunan: UEFA İspaniya millisinin üzvlərini cəzalandırdı
205565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.