“Osiyek”in baş məşqçisi: “Zirə çox təhlükəli rəqibdir”

“Osiyek”in baş məşqçisi: “Zirə çox təhlükəli rəqibdir”

Hazırda oxunan: “Osiyek”in baş məşqçisi: “Zirə çox təhlükəli rəqibdir”

205561

"Osiyek" Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah doğma meydanda "Zirə"ni qəbul edəcək.

Bizim.Media xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Koppitelli matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. İtalyan mütəxəssis "Zirə"nin təhlükəli rəqib olduğunu bildirib:

"Yaxın günlərdə iki yüksək səviyyəli rəqibə qarşı oynayacağıq. Onlardan biri Çempionlar Liqası səviyyəsində olan “Dinamo”dur (Zaqreb). Amma buna qədər, deyərdim ki, Avropa Liqası səviyyəsində olan “Zirə” ilə qarşılaşacaq. "Zirə" çox təhlükəli və yaxşı rəqibdir. Onlar öz çempionatlarında qalib olmağa namizədlərdən biridir. Növbəti mərhələyə keçmək istəyirik.

Aydındır ki, çempionatdakı məğlubiyyət kədərlidir, lakin biz özümüzü toparlayıb komandamızın gücünü azarkeşlərə göstərməliyik".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO