Həsrət Cəfərov: “Olimpiya çempionu olmaq arzum reallaşacaq”

Həsrət Cəfərov: “Olimpiya çempionu olmaq arzum reallaşacaq”

Hazırda oxunan: Həsrət Cəfərov: “Olimpiya çempionu olmaq arzum reallaşacaq”

205551

Güləş həyatımın önəmli bir parçasına çevrilib. Günümün hər saatında güləş barədə düşünürəm. Hətta deyə bilərəm ki, bundan başqa həyatımda maraqlı bir şey yoxdur.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Dünya Güləş Birliyinin mətbuat xidmətinə açıqlamasında deyib.

67 kiloqram çəki dərəcəsində yer alan idmançı Fransanın paytaxtına yollanmadan qabaq olimpiya çempionları ilə söhbətləşdiyini bildirib: “Onlardan olimpiadanın ab-havası barədə məlumat aldım. Olimpiya çempionu olmağımı çox arzulayıram. Hətta bunu özüm də təsəvvürümə gətirə bilmirəm. Ümid edirəm ki, çempionluq arzum reallaşacaq”.

Xatırladaq ki, H.Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn idmançı yarımfinala vəsiqə qazanıb. O, bu raundda Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibovla qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO