Paris-2024 Yay Olimpiya Oyunlarında iranlı idmançı Amin Mirzəzadənin rəqibi Sabah Şəriətiyə etdiyi jest diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriətini çiyninə qaldıraraq meydanda gəzdirib.
İdmançının bunu etməsinə səbəb, Sabah Şəriətinin karyerasını bitirməsi olub. Belə ki, iranlı güləşçi rəqibinin son görüşü olduğunu öyrəndikdən sonra geri qayıdaraq onun çiyinləri üzərinə alıb və dövrə vurub.
Qeyd edək ki, bürünc medal uğrunda görüşdə rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.
Bizim.Media