Alfonso Dominqes: “Azərbaycan xalqı məni öz oğlu kimi qarşıladı” – FOTO

Alfonso Dominqes: “Azərbaycan xalqı məni öz oğlu kimi qarşıladı” – FOTO

Hazırda oxunan: Alfonso Dominqes: “Azərbaycan xalqı məni öz oğlu kimi qarşıladı” – FOTO

205458

“Mən burada ölkəmi, ailəmi, övladlarımı, komanda yoldaşlarımı və bütün Azərbaycan xalqını təmsil edirəm”.

Bizim.Media xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes şəxsi instaqram hesabında yazıb.

92 kq çəki dərəcəsində mübarizə aparan idmançı turnirin həlledici qarşılaşmasına vəsiqə qazandığını xatırladıb:
 

"Allaha çox şükürlər olsun ki, mənə bu anları yaşamağa imkan verdi. Azərbaycan xalqına təşəkkürümü bildirirəm, məni öz oğulları kimi qarşıladılar və olimpiadada çıxış etməyə şans yaratdılar".


Qeyd edək ki, Alfonso Dominqes finalda Özbəkistan təmsilçisi Lazizbek Mullojonovla üz-üzə gələcək. Avqustun 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:34-də start götürəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO