Abdulla Zubir: “Pley-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram”

Abdulla Zubir: “Pley-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram”

Hazırda oxunan: Abdulla Zubir: “Pley-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram”

205437

“Hələ heç nə bitməyib”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdulla Zubir UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın “Ludaqorets” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, pley-off mərhələsinə vəsiqə qazanacaqlarına inandığını bildirib:

“Təəssüf ki, Bakıda məğlub olduq. Bu, futboldur, istənilən nəticə ola bilir. Bununla razılaşmalıyıq. Gələn həftə bəxtimiz gətirəcək və daha çox qol vuracağıq”.

Yarımmüdafiəçi hakim idarəçiliyindən razı qalmadığını söyləyib:

“Bəzi epizodlarda bizə daha çox sarı vərəqə göstərilirdi. Ancaq bu barədə danışmaq istəmirəm. Bütün fikrimizi cavab matçına kökləmişik”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO