“Paris-2024”: Azərbaycan güləşçisi 5-ci yeri tutdu

“Paris-2024”: Azərbaycan güləşçisi 5-ci yeri tutdu

Hazırda oxunan: “Paris-2024”: Azərbaycan güləşçisi 5-ci yeri tutdu

205426

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 130 kiloqramda mübarizə aparan idmançı iranlı dünya çempionu Amin Mirzəzadə ilə qarşılaşıb.
 

Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.


Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO