Həsrət Cəfərov və Rafiq Hüseynovun rəqibləri bəlli oldu

Həsrət Cəfərov və Rafiq Hüseynovun rəqibləri bəlli oldu

Hazırda oxunan: Həsrət Cəfərov və Rafiq Hüseynovun rəqibləri bəlli oldu

205381

Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibləri bəlli olub.

Həsrət Cəfərov (67 kq) Misiri təmsil edən Məhəmməd Əs-Sayedlə qarşılaşacaq. Rafiq Hüseynov (87 kq) isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

7 avqust

Yunan-Roma güləşi

67 kq

Həsrət Cəfərov - Məhəmməd Əs-Sayed (Misir)

87 kq

Rafiq Hüseynov - David Loşontsi (Macarıstan)

Qeyd edək ki, olimpiadanın yunan-Roma güləşi yarışlarının arxada qalan hissəsində Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Sabah Şəriəti (120 kq) xalça üzərinə çıxıblar. Murad ilk görüşdə uduzsa da, Sənan yarımfinala yüksəlib, Sabah isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO