Paris-2024-də növbəti BAYRAQ SKANDALI

Paris-2024-də növbəti BAYRAQ SKANDALI

Hazırda oxunan: Paris-2024-də növbəti BAYRAQ SKANDALI

205293

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qalmaqalı yaşanıb.

Bizim.Media xəbər verir ki, idman gimnastikasında mükafatlandırma zamanı bayraq düzgün asılmayıb.

Turnikdə çıxış zaman yaponiyalı idmançı Şinnosuke Oka 1-ci, kolumbiyalı Anhel Baraxasa isə 2-ci pilləni tutub.

Eyni xala malik Çjan Bohen (Çin) və Tan Çia-Hun (Çin Taypeyi) bürünc medala layiq görülüblər. Mükafatlandırma zamanı qayadalara görə bu ölkələrin bayraqları yanaşı asılmalı olduğu halda, təşkilatçılar səhvə yol veriblər. Tayvanın bayrağı Çinin bayrağının altından asılıb.

Qeyd edək ki, Oyunların açılışı zamanı Olimpiya bayrağının əksinə asılması dünyada ciddi rezonans doğurmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO