Paris-2024 Yay Olimpiya Oyunlarında güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub. Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşacaq.
Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə almaniyalı Anastasiya Blavyasla yarışacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
6 avqust
Yunan-Roma güləşi
77 kq
Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)
Qadın güləşi
50 kq
Mariya Stadnik - Anastasiya Blavyas (Almaniya)
Qeyd edək ki, olimpiadada güləş yarışlarının ilk günündə yunan-Roma güləşində Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (120 kq) döşək üzərinə çıxıb. Murad ilk görüşdə uduzsa da, Sabah yarımfinala yüksəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:04 / 05.08.2024
Paris-2024: Mariya Stadnikin ilk rəqibi müəyyənləşdi
Hazırda oxunan: Paris-2024: Mariya Stadnikin ilk rəqibi müəyyənləşdi
Hazırda oxunan: Paris-2024: Mariya Stadnikin ilk rəqibi müəyyənləşdi
205240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.