Konfrans Liqası: “Zirə” və “Sabah”ın potensial rəqibləri müəyyənləşdi

Konfrans Liqası: “Zirə” və “Sabah”ın potensial rəqibləri müəyyənləşdi

Hazırda oxunan: Konfrans Liqası: “Zirə” və “Sabah”ın potensial rəqibləri müəyyənləşdi

205212

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, Bakı vaxtilə saat 16:00-da start götürən mərasimdə Azərbaycan təmsilçiləri "Sabah" və "Zirə"nin də potensial rəqibləri müəyyənləşib.
 

"Zirə" "Osiyek"i keçsə, pley-off mərhələsində "Omoniya" - "Fehervar" cütünün qalibi ilə qarşılaşacaq. "Sabah" isə "Sent-Patriks"i mübarizədən kənarlaşdıra bilsə, “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.


Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin görüşləri 22-də və 29-da keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO