Türkiyə nəhənglərinin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, həm “Qalatasaray”, həm də “Fənərbaxça” Çempionlar Liqasında mübarizə aparır.
Mübarizəyə pley-off mərhələsindən qoşulan “sarı-qırmızılar” İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək.
Turnirin 3-cü təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq “Fənərbaxça” isə rəqibini keçəcəyi təqdirdə, “Slavia Praqa” – “Yunion SJ” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları 20-21 avqustda, cavab görüşləri isə 27-28 avqustda keçiriləcək.
Bizim.Media