Paris-2024: Şəraitdən narazı Olimpiya mükafatçısı parkda yatdı

Paris-2024: Şəraitdən narazı Olimpiya mükafatçısı parkda yatdı

Hazırda oxunan: Paris-2024: Şəraitdən narazı Olimpiya mükafatçısı parkda yatdı

205165

İtaliyalı üzgüçü Tomas Çekkon Olimpiya kəndində idmançıların yaşadığı otaqlarda kondisioner olmadığından küçədə yatıb. 

Bizim.Media xəbər verir ki, onun parkda yatmasını səudiyyə ərəbistanlı avarçəkən Huseyn Alirez sosial şəbəkədə paylaşıb. 

Paris Olimpiadasında qızıl medal qazanan idmançı parkdakı skamyanın yanında dəsmal sərərək üzərində yatıb. 
 

Çekkon daha öncə Tokio-2020-də təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirərək Fransa paytaxtındakı şəraitdən şikayət etmişdi. Xüsusilə, italiyalı isti havalarda otaqlarda kondisionerin olmamasını vurğulamışdı. 


Qeyd edək ki, Tomas Paris-2024-də 100 m məsafəyə arxası üstə üzmə yarışında qızıl, eyni məsafəyə estafetdə bürünc medal qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO